Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.