EN

Şaurma restoranında yanğın baş verib

Sumqayıtda şaurma restoranlarından birində yanğın hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi ərazisində baş verib. Məlumata görə, restoranda baş verən yanğınla bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ətraflı məlumat veriləcək.

Chosen
12
nocomment.az

1Sources