EN

The Times: Rusiya Ukraynadakı ərazi məsələləri ilə bağlı ABŞ ilə razılığa gəlib

The Times qəzeti rusiyalı diplomata istinadən xəbər verir ki, Rusiya tərəfi Əbu-Dabidə ABŞ və Ukrayna ilə üçtərəfli danışıqlarda Vaşinqtonun ərazi məsələləri ilə bağlı mövqeyi ilə razılaşmaq məcburiyyətində qalıb.

Mənbə Əbu-Dabidə danışıqların ilk günündən sonra bildirib: "Əvvəlcə ərazi güzəştləri ilə bağlı müəyyən öhdəliklər əldə etməyə ümid edirdik. Amma sonda sadəcə amerikalılarla razılaşmalı olduq".

Rusiya, ABŞ və Ukrayna arasında ilk üçtərəfli danışıqlar 23 və 24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. TASS mənbəyi üçtərəfli danışıqların ilk iki günündən sonra nəticələrin əldə edildiyini bildirib. RBK-Ukrayna mənbəyinin məlumatına görə, tərəflər atəşkəslə bağlı məsələlərin müzakirəsində irəliləyiş əldə ediblər, lakin ərazilərlə bağlı kompromis əldə edə bilməyiblər. Danışıqların yeni mərhələsi gələn həftə keçiriləcək.

XQ

Chosen
43
xalqqazeti.az

1Sources