EN

"Qarabağ" onu ala bilər

Nigeriyalı hücumçu Salim Faqo Laval Azərbaycanın “Qarabağ” klubuna keçməyə yaxındır. Metbuat.az xəbər verir ki, bu barədə “Daily Post” məlumat yayıb.Belə ki, futbolçunun oynadığı Xorvatiyanın “NK İstra 1961” klubu transfer üçün təxminən iki milyon avro qazanacaq. Müqavilənin yaxın bir neçə gün ərzində başa çatacağı gözlənilir.

O, 2025-ci ildə Afrika Millətlər Kubokunda Nigeriya millisinin heyətində yer alıb.

Chosen
71
13
metbuat.az

10Sources