EN

Matça doğru: “Sabah”da qeyri-müyyənlik, “Karvan Yevlax”da üç itki 

Azərbaycan Premyer Liqasının XVII turunda “Sabah” doğma meydanda “Karvan-Yevlax”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda görüşə itkilərlə çıxacaq. “Sabah”da zədəli olan Pavel Şafrankonun oynamayacağı dəqiqdirsə, Zineddin Xaledlə Mikelsin meydana çıxıb-çıxmayacağı sual altındadır.

“Karvan Yevlax”da isə İmani Barkerlə Araz Abdullayev cəza səbəbindən görüşü kənardan izləyəcək. Süleyman Əhmədov isə zədəlidir.

Xatırladaq ki, “Sabah” – “Karvan-Yevlax” oyunu bu gün saat 18:30-da start götürəcək.

Chosen
33
idmanxeber.az

1Sources