EN

"Komo" ilk dəfə bir matçda altı qol vurub

İtaliya futbol çempionatının 22-ci turu davam edir.

Ötən gün keçirilən qarşılaşmada "Komo" evdə "Torinonu" 6,:0 hesabı ilə məğlub edib. Sesk Fabreqasın komandası cəmi 22 turdan sonra 40 xala sahibdir.

Apasport.az xəbər verir ki, bu, "Komo"nun İtaliya çempionatında bütün zamanların rekordudur.

Keçən il klub 49 xalla 10-cu yeri tutmuşdu, amma bu, 38 oyundan sonra baş vermişdi. Bu uğurun nəticəsi olaraq, "Komo" artıq İtaliya liqa turnir cədvəlində beşinci yerə yüksəlib. 

Həmçinin bu, komandanın A Seriyası matçında altı qol vurduğu ilk matç olub.

La Liqa: "Valensiya" və "Sevilya" dan qələbə

İtaliya çempionatında günün nəticələri: “Komo”dan darmadağın

"Liverpul"dan gözlənilməz məğlubiyyət

"Qalatasaray"ın yeni transferi Asprilla İstanbula yola düşüb - VİDEO

"Qalatasaray"dan inamlı qələbə

Chosen
22
1
apasport.az

2Sources