Suriya Müdafiə Nazirliyi Suriya Ordusunun bütün əməliyyat bölgələrində atəşkəsin daha 15 gün uzadıldığını açıqlayıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, qərar ABŞ-nin İŞİD məhbuslarını bölgədəki həbsxanalardan İraqa təxliyəsini dəstəkləmək üçün edilib.
Qeyd edək ki, yanvarın 18-də əldə edilən atəşkəs və tam inteqrasiya razılaşması SDQ/YPG-nin Fərat çayının şərqindən geri çəkilməsini, Həsəkədəki inzibatı binaların təhvil verilməsini, mərkəzi hökumətin sərhəd keçidləri və enerji ehtiyatları üzərində nəzarətini əhatə edir.