EN

Yenilik: taxta binaların tikintisinə icazə verildi

Rusiyada taxta konstruksiyalardan hündürmərtəbəli binaların tikintisinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması gündəmdədir.

Ekologiya.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın vaxtlarda taxta binaların mərtəbə sayı ilə bağlı tələbləri yumşalda bilər. Bu isə sosial, turizm və hündürmərtəbəli obyektlərin təbii taxta panellərdən inşasına yol aça bilər.

Federasiya Şurasının regional siyasət üzrə komitə sədrinin müavini Aleksandr Vısokinski bildirib ki, taxta tikililərin kütləvi inşası real perspektivlərə malikdir:

“Daxili tələbatın ehtiyatlarını işə salmalıyıq ki, xammalı ixrac etməyək, ağacın dərin emalını ölkə daxilində təmin edək.”

Məlumata görə, 2021-ci ildən bəri Rusiyada taxta evlərin ümumi sahəsi 10 milyon kvadratmetrdən 17 milyon kvadratmetrə yüksəlib ki, bu da 60 faizlik artım deməkdir. Eyni zamanda, taxta evlərin qiyməti qazbeton və ya kərpic binalarla ümumilikdə müqayisəolunandır.Musavat.com

Chosen
37
ekologiya.az

1Sources