EN

Samuxda mikroavtobusun aşması nəticəsində ölən və yaralıların kimliyi məlum olub - FOTOLENT - YENİLƏNİB-5

Samuxda baş verən qəza ilə bağlı TƏBİB məlumat yayıb.

APA-nın yerli bürosu həmin məlumatı təqdim edir:

Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (qadın) 25.01.2026-cı il tarixində saat 10:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

***

12:10

Samuxda baş verən qəza ilə bağlı Samux Rayon Mərkəzi Xəstəxanasının məlumat yayıb. APA-nın yerli bürosu xəbər verir ki, məlumata görə, Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 25.01.2026-ci il tarixində saat 09:00 radələrində 3 nəfər (qadın) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

11:03

Samuxda mikroavtobusun aşması nəticəsində digər xəsarət alanların kimliyi məlum olub.

APA nın yerli bürosuna məlumatına görə, xəsarət alanlar mikroavtobusun sərnişinləri

1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarovdur.

Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb.

Qeyd edək ki, qəzaya Qazel markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəza uğrayıb, xəsarət alanlar mikroavtobusun sərnişinləridir.

Faktla bağlı araşdırma aparılır.

***

10:10

Xəbərə yeni fotolar əlavə edilib.

***

09:57

Xəbərə fotolar əlavə edilib.

***

09:25

Samuxda fəhlə daşıyan sərnişin mikroavtobus aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir.

***

09:05

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Samuxda Samuxda Samuxda Samuxda Samuxda Samuxda Samuxda Samuxda Samuxda Samuxda Samuxda
Chosen
109
2
apa.az

10Sources