EN

Robbi Uilyams rekord qırdı

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniyalı müğənni Robbi Uilyams milli hit-paradların tarixində yeni rekorda imza atıb.

Axşam.az xəbər verir ki, onun "BRITPOP" adlı yeni albomu 23 yanvarda çıxıb və dərhal çartların birinci pilləsinə yüksəlib.

Beləliklə, bu Uilyamsın solo karyerasında çartların zirvəsinə çıxan 16-cı albomu olub və o, bu göstərici ilə "The Beatles" qrupunu ötüb. Qeyd edək ki, onun yalnız "Reality Killed The Video Star" albomu birinci ola bilməyib və ikinci pillədə qalıb.

Uilyams bildirib ki, uzun müddət məhz belə bir albom yaratmaq arzusunda olub və "BRITPOP"un uğuru onun üçün xüsusi əhəmiyyət kəsb edir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
115
4
axsam.az

5Sources