EN

Əli Laricaninin qızı ABŞ universitetindən qovulub

ABŞ-nin Corciya ştatında yerləşən Emori Universiteti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricaninin universitetdən uzaqlaşdırıldığını təsdiqləyib.

Azreform.info bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Universitet rəhbərliyinin açıqlamasına görə, qərar artan siyasi təzyiqlər, ictimai etirazlar və ABŞ rəsmilərinin narazılığı fonunda qəbul edilib.

Fatimə Laricani əvvəllər Emori Universitetinin Hematologiya və Tibbi Onkologiya kafedrasında dosent vəzifəsində çalışıb. Onunla bağlı məlumatlar artıq universitetin internet səhifəsindən silinib.

Universitet onun işdən çıxarılmasının ötən həftə ABŞ tərəfindən atası Əli Laricaniyə tətbiq olunan sanksiyalarla əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.

Chosen
39
12
azreform.info

10Sources