"Qalatasaray" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi "Jirona"nın vingeri Yaser Asprillanı icarəyə götürüb.
Kolumbiyalı futbolçu artıq İstanbuldadır. Bu gün onunla müqavilə imzalanacağı gözlənilir. Asprilla "Qalatasaray"da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
"Jirona" Yaseri 2024-cü ilin yayında, 25 milyon avro qarşılığında "Uotford"dan transfer edib. Bu isə klub tarixinin transfer rekordudur. Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər olan Asprilla bu mövsüm 17 matça çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat