EN

Xamenei yeraltı bunkerdə gizlənir

Bu barədə The Jerusalem Post nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, İslam Respublikasında genişlənən etiraz aksiyaları və ABŞ-ın təhdidləri fonunda ali lider Xamenei “Tehranda tunellərdən ibarət xüsusi yeraltı sığınacağa” yerləşdirilib.

Bildirilir ki, bu qərar ayətullahlar rejiminin yüksək rütbəli hərbçiləri və güc strukturları tərəfindən vəziyyətin qiymətləndirilməsindən sonra qəbul edilib. Onlar ABŞ-dan zərbə riskinin artdığı barədə xəbərdarlıq ediblər.

KİV-in məlumatına görə, ayətullahın üçüncü oğlu Məsud Xamenei ali liderin gündəlik vəzifələrinin icrasını öz üzərinə götürüb və rejimin icraedici hakimiyyət orqanları ilə əsas əlaqə kanalı kimi çıxış edir.

Qeyd olunur ki, ABŞ-ın hücum təhlükəsi Amerika Prezidenti Donald Trampın cümə günü ABŞ gəmilərinin İran istiqamətində hərəkət etdiyini bildirməsindən sonra daha da artıb. Tramp deyib ki, “onlardan istifadəyə ehtiyac qalmayacağına ümid edir”.

Röya Əliyeva
AzVision.az

Chosen
56
azvision.az

1Sources