EN

"20 il öncə də açıq-saçıq geyinirdim"

Müğənni Sevinc Ağaşirinova geyimi ilə bağlı tənqidlərə cavab verib.

Bizim.Media xəbər verir ki, o, son günlər efirdə açıq sinə dekolteli geyimi ilə tənqid olunan sənətçi mövzu ilə bağlı açıqlama verib.

O bildirib ki, gündəmə gəlmək üçün antireklama ehtiyacı yoxdur:
 

"Antireklamla gündəmə gəlmək istəsəydim, 20 il öncə kanallarda aparıcılıq etmişəm. Efir mədəniyyətini, danışıq qabiliyyətini, geyimi də orada öyrənmişəm, həyat tərzini də. Əlimizdə o qədər gözəl mövzular olub ki, onlardan istifadə etməmişəm. 20 il əvvəl də açıq-saçıq geyinmişəm".


Sevinc Ağaşirinovanın bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. (Milli.az)

Bizim.Media

Chosen
84
4
bizim.media

10Sources