Kuba Prezidenti Migel Dias-Kanel şənbə günü Kuba Silahlı Qüvvələrinin tank bölmələrinin iştirak etdiyi hərbi təlimləri müşahidə edib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, prezidenti Kuba Silahlı Qüvvələr naziri general Alvaro Lopes Miera və digər yüksək rütbəli hərbi rəsmilər müşayiət edib.
“Təcavüzün qarşısını almağın ən yaxşı yolu imperializmi ölkəmizə hücumun dəyərini hesablamağa məcbur etməkdir. Və bu, əsasən bu cür hərbi əməliyyatlara hazırlığımızla bağlıdır. İndiki şəraitdə bu, çox vacibdir”, - prezident çıxışında bildirib.