EN

"Turan Tovuz" "Sumqayıt"a qalib gəldi

Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib. Metbuat.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç tovuzluların 2:1 hesablı qələbəsi ilə bitib.Qərb təmsilçisinin qollarını Hayderson Hurtado (13) və Rəhim Sadıxov (69) vurublar. "Sumqayıt"ın qolu da HaydersonHurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.

"Turan Tovuz" 30 xalla üçüncü sıraya yüksəlib. "Sumqayıt" isə 27 xalla beşinci pillədə qalıb.

Chosen
64
50
metbuat.az

10Sources