EN

“Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi 

Bu gün keçiriləcək iki oyunla Azərbaycan  Premyer Liqasında 17-ci tura yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçirilən görüşdə Kurban Berdiyevin yetirmələri qalib gəlib – 2:1.

Bu nəticənin ardından “Turan Tovuz” 30 xalla 3-cü pillədə qərarlaşıb. “Sumqayıt” isə 27 xalla 5-cidir.

16:00. “Turan Tovuz” – “Sumqayıt”  – 2:1

Qol: Hayderson Hurtado, 13, (1:0), Hayderson Hurtado, 61-avtoqol (1:1), Rəhim Sadıxov, 69 (2:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Chosen
25
idmanxeber.az

1Sources