EN

Qar voleybolu üzrə Azərbaycan kuboku başa çatdı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Şahdağ Turizm Mərkəzində təşkil olunan qar voleybolu üzrə Azərbaycan kuboku yarışına yekun vurulub.

Fanat.Az xəbər verir ki, turnirin son günündə qadınların yarışında üç qarşılaşma keçirilib.

Dairəvi sistemlə təşkil olunan oyunların yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşib.

Qadınların yarışında bütün oyunlarda qalib gələn "Gəncə" kollektivi (4 qələbə, 12 xal) birinci yeri tutub.

"Milli" komandası (3 qələbə, 8 xal) ikinci, "Azərreyl" isə (2 qələbə, 6 xal) üçüncü olub.

Kişilərin yarışında "Baku Fires" üçüncü yerə çıxıb. Finalda "Qaraqaya" kollektivini üstələyən "Azərreyl" turnirin qalibi adını qazanıb.

Yarışın sonunda mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, kubok, medallar təqdim olunub.

Mükafatları Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov və və digər rəsmi qonaqlar təqdim ediblər.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
5
fanat.az

6Sources