Musavat.com xəbər verir ki, Taşkın bu barədə öz sosial media hesabında paylaşım edib:
"Psixoloji durumum o qədər pozulmuşdu ki, gecələr yata bilmirdim. Hər qapı döyüləndə polisin gəldiyini düşünürdüm. Gecə məni apararlar deyə yatağımın kənarında həmişə paltar saxlayırdım. Evdə olmayanda ac qalmasın deyə pişiyim üçün hər yerə yem və su qoyurdum.
Belə yaşamağın mümkün olmadığını anladım. Özümə doğum günü hədiyyəsi olaraq bilet aldım və getdim. Heç bir planım yoxdur. Verdiyim qərarın məni hara aparacağını bilmirəm, amma cəhd etməmək məni daha pis duruma gətirmişdi. Sənin üçün darıxacağam, Türkiyə".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31