EN

İŞİD-çilərin saxlanıldığı həbsxanadan gənc məhbuslar azadlığa buraxıldı

Suriya hökuməti ölkənin şimalındakı həbsxanada saxlanılan ən azı 126 gənc məhbusu azadlığa buraxıb.

Azreform.info "Sana" agentliyinə istinadla xəbər verir.

Suriya dövlət mediası həbsdə qalan məhbusların adlarını dərc edib.

AFP xəbər verir ki, dövlət televiziyası İŞİD məhbuslarının saxlanılması üçün istifadə edilən Raqqa əyalətindəki Əl-Aktan həbsxanasından 18 yaşdan kiçik 126 məhbusun azadlığa buraxıldığını bildirib.

Bütün ölkə üzərində nəzarəti bərpa etməyə çalışan Dəməşqin hərbi təzyiqi altında Suriya Demokratik Qüvvələri son günlərdə bəzi ərazilərdən qovulub və şimal-şərqdəki Haseke əyalətinin kənar hissələrinə çəkilib.

Elvin

Azreform.info

Chosen
16
1
azreform.info

2Sources