Bu gün Misli Premyer Liqasında 17-ci tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək
Öncə "Turan Tovuz" "Sumqayıt"la qarşılaşıb. Sumqayıtda keçirilən görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Nominal meydan sahiblərinin baş məşqçisi Kurban Berdiyevin "Sumqayıt"la oyun haqda fikirlərini təqdim edirik:
"Hesab 1:0 olarkən ikinci qolu vura bilsəydik oyun bizim üçün daha rahat ola bilərdi. Bunun üçün imkanlarımız da oldu. Uşaqlara vəziyyəti düzəltdiklərinə görə təşəkkür etdim".