EN

“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı”

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Turan Tovuz” – “Sumqayıt”(2:1) görüşündən sonra ev sahibi komandanın baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, türkmənistanlı mütəxəssis komandasının qalibiyyətinə bu cür şərh verib:

“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər”.

Chosen
37
5
idmanxeber.az

6Sources