EN

Sevinc Həsənova vəzifədən azad edilib?

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova tutduğu vəzifədən azad olunub.

NOCOMMENT.az xəbər verir ki, ьəlumata görə, bu qərarın verilməsinə səbəb son dövrlər Mingəçevir şəhərində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində müşahidə olunan ciddi problemlər olub. Bildirilir ki, mövcud nöqsanların vaxtında aradan qaldırılmaması, eləcə də həmin problemlərin gizlədilməsi halları aidiyyəti qurumlar tərəfindən narazılıqla qarşılanıb.

Verilən məlumatlarda o da qeyd olunur ki, şəhərin orta ümumtəhsil məktəblərində, xüsusilə 9, 10 və 11-ci sinif şagirdləri arasında dərsə davamiyyətin kəskin azalması, şagirdlərin mütəmadi şəkildə dərsdən yayınması uzun müddət nəzarətsiz qalıb. Bu istiqamətdə effektiv tədbirlərin görülməməsi təhsil prosesinə mənfi təsir göstərib və valideynlər arasında da ciddi narahatlıq yaradıb.

Mənbələrin bildirdiyinə görə, yaranmış vəziyyətlə bağlı dəfələrlə xəbərdarlıqlar edilsə də, problemlərin həlli istiqamətində konkret və nəticəyönümlü addımlar atılmayıb. Nəticədə məsuliyyət məsələsi gündəmə gəlib və müvafiq qərar qəbul edilib.

Hazırda Mingəçevir şəhər təhsil sektoruna yeni rəhbər təyinatı ilə bağlı rəsmi açıqlama verilməyib. Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsinin yaxın günlərdə əlavə məlumat yayacağı gözlənilir.

 

Chosen
146
nocomment.az

1Sources