EN

''Fənər'' Şimanskinin satışından nə qədər pul qazandı?

''Fənərbaxça''nın Sebastyan Şimanskinin satışından əldə etdiyi məbləğ bəlli olub.

"Football-plus.az" xəbər verir ki, polşalı yarımmüdafiəçi 3 gün öncə Fransa təmsilçisi ''Renn''ə transfer olunub və artıq yeni klubunda debüt etməyə də macal tapıb. O, ''Renn''in evdə ''Loryan''a 0:2 məğlub olduğu qarşılaşmanın 77-ci dəqiqəsində meydana daxil olub.

''Transfermarkt''a inansaq, fransızlar bu transfer üçün İstanbul nəhənginə 9,5 milyon ödəyəcəklər. Müqavilədə şərtə bağlı olan 1 milyon avroluq bonus da var. ''Sarı-lacivərdlilər'' Şimanskini 2023-ün yayında 9,75 milyon avroya transfer etmişdi.

26 yaşlı futbolçu ilk mövsümündə pis təsir bağışlamasa da, Joze Mourinyo və Domeniko Tedeskonun dönəmində geriləmə yaşadı. 2,5 illik Türkiyə macərası zamanı dəyəri bir xeyli geriləyən Şimanski ''Fənər''də 134 rəsmi oyunda forma geyərək aktivinə 22 qol, 30 məhsuldar ötürmə yazdı.

Şimanski bu qış İrfan Can Kahveci, Cenk Tosun, Rodriqo Bekao və Bartuğ Elmazdan sonra ''Fənər''dən ayrılan 5-ci futbolçu oldu. Yussef Ən-Nəsirinin də bir ayağı ''Yuventus''dadı.

Chosen
18
1
football-plus.az

2Sources