EN

"Bayquşlar" qalib gəldi

Misli Premyer Liqasının XVII turunda lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gəlib. Metbuat.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matçda 3:1 hesablı qələbə qazanan "bayquşlar", ötən gün məğlub olan ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldib.Bakı klubunun qollarını Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların heyətində isə Olavale Doyeni (83) fərqlənib.40 xalı olan "Sabah" turnir cədvəlində vahid liderdir. "Karvan-Yevlax" isə 6 xalla sonuncu - on ikincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0), "Turan Tovuz" isə "Sumqayıt"ı (2:1) məğlub edib.

Chosen
53
3
metbuat.az

7Sources