Rəqsanə İsmayılova jurnalistə sərt cavab verdi: “Yaxşı jurnalist olsaydın, səni TV-dən atmazdılar”
NOCOMMENT.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova jurnalist Səidə Bəkir qızının “Bax TV” YouTube kanalında onunla bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Rəqsanə yayımladığı videomüraciətdə jurnalistə sərt və ironik ifadələrlə reaksiya göstərib. Müğənni qarşı tərəfin peşəkarlığını şübhə altına alaraq bildirib ki, əgər o, yaxşı jurnalist olsaydı, televiziya kanalından uzaqlaşdırılmazdı. Rəqsanə videoda deyib:“Sən yaxşı jurnalist olsaydın, səni TV-dən atmazdılar. Get yetimlərinlə məşğul ol.”Müğənni çıxışı zamanı gərgin tonu davam etdirərək əlavə edib:“Deyirsən indi sənlə dalaşaq?”Rəqsanə onun haqqında səsləndirilən fikirlərə əhəmiyyət vermədiyini vurğulayıb və bu cür açıqlamaların diqqət çəkmək məqsədi daşıdığını bildirib.Qeyd edək ki, bir neçə gün əvvəl jurnalist Səidə Bəkir qızı “Bax TV”nin YouTube kanalında yayımlanan çıxışında müğənni Rəqsanə İsmayılova ilə bağlı müzakirələrə səbəb olan fikirlər səsləndirmişdi. Rəqsanənin cavabı isə sosial şəbəkələrdə geniş rezonans doğurub.