EN

Fransa Ukraynaya 500 kilometrə uçan dronlar göndərdi

Fransanın “EOS Technologie” şirkəti 500 kilometrə qədər mənzilli zərbələr endirmək üçün Ukraynaya bir neçə pilotsuz uçuş aparatı (PUA) göndərib.

Paralel.az xəbər verir ki, bu barədə informasiyanı “Agence France-Presse” (AFP) yayıb.
 

Məlumata görə “Rodeur” modeli PUA 4 kq-a qədər faydalı yük daşıya və 100 km/saat sürətlə 5 saat uça bilir.


O, katapultla buraxılır və iki operator tərəfindən yığılması üç dəqiqə çəkir. Model kəşfiyyat missiyaları yerinə yetirə və ya kamikaze dron kimi istifadə edilə bilər.

Chosen
100
6
paralel.az

8Sources