EN

Türkiyədə zəlzələ oldu

Türkiyənin Qaziantep vilayətində zəlzələ baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) öz sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, Qaziantepin Nurdağı rayonunda 4.1 bal gücündə zəlzələ qeydə alınıb. 7.82 kilometr dərinlikdə baş verən yeraltı təkanlardan sonra ilkin qiymətləndirmələrə görə heç bir dağıntı və ya itki olmayıb.

Zəlzələ ətraf rayonlarda da hiss olunub.


Telegram kanalımız
Chosen
98
6
yenisabah.az

10Sources