Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Publika.az "Globalinfo"ya istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxıb.
Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi. O, sözügedən vəzifədə general-mayor Rafael Mehdiyevi əvəz etmişdi.