EN

Ölüm ayağında olan Biləsuvar sakini sənədlərini itirdiyinə görə ölkəyə gətirilə bilmir – VİDEO – FOTO

Biləsuvar sakini Gürcüstanda klinikada ağır vəziyyətdədir.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar rayon Zəhmətabad kənd sakini, 1951-ci il təvəllüdlü Bəxtiyar Hüseynov hazırda Gürcüstanda yerləşən klinikalardan birində ağır vəziyyətdə müalicə olunur.

Ailəsi onun sənədlərinin itməsi səbəbindən Azərbaycana gətirilməsində çətinliklərlə üzləşib. Məlumata görə, Bəxtiyar Hüseynov 1994-cü ildə Rusiyanın Başqırdıstan Respublikasına gedərək 2001-ci ilə qədər orada yaşayıb və işləyib. Sonra o, müxtəlif vaxtlarda əmək fəaliyyəti ilə bağlı xarici ölkələrə səfərlər edib. 2025-ci ilin may ayında işləmək məqsədilə Gürcüstana gedən B.Hüseynov orada sənədlərini itib.

Bir müddət sonra səhhəti kəskin pisləşib və infarkt keçirib. Hazırda o, klinikada ağır vəziyyətdə, ölüm ayağında yatır.

Qeyd edək ki, Bəxtiyar Hüseynov ailəlidir, iki oğlu və dörd qızı var. Ailəsi onun təcili şəkildə Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlardan kömək istəyir.

 

Chosen
57
2
nocomment.az

5Sources