EN

ABŞ-nin BMT-dəki nümayəndəsi: Arktika ölkəmizin raketdən müdafiəsi üçün çox vacib olacaq

Vaşinqton administrasiyası hesab edir ki, Arktika Rusiya və ya Çin ilə münaqişə halında ABŞ-nin raketdən müdafiəsinin təmin edilməsində əsas rol oynayacaq.

"Far.Az"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News"un efirində bildirib.

"Arktikada dərhal təhdid olmadığı fikri ilə razılaşmamalıyam. Rusiya nüvə proqramını modernləşdirir. Onun radarlarımızdan yayınmaq üçün sınaqdan keçirilən nüvə enerjisi ilə işləyən qanadlı raketləri var. Çin nüvə arsenalını üçqat artırır", - Uolts deyib.

"Bütün bu vasitələr, bütün bu raketlər ABŞ-yə hücum edərsə, Arktika üzərindən uçacaq. Prezident (ABŞ Prezidenti Donald) Tramp onların qapımıza çatmasını gözləməyəcək", - ABŞ-nin daimi nümayəndəsi Rusiya və Çinə barədə danışarkən əlavə edib.

O qeyd edib ki, Vaşinqton administrasiyası Amerikanın "Qızıl Günbəz" raketdən müdafiə sistemini yerləşdirməyi planlaşdırır. Uolts həmçinin əlavə edib ki, ABŞ buzqıran gəmilərinin sayını artırmaq niyyətindədir.

"Yenə də Arktikaya, rusiyalıların Arktikada yerləşdirdiyi onlarla bazanın xəritəsinə baxın. Bizim bir bazamız var və bu kritik, kritik bölgəni müdafiə edə bilməliyik", - Uolts iddia edib.

Chosen
29
far.az

1Sources