EN

Yaxın Şərqdə GƏRGİNLİK: Xamenei gizlədildi, ABŞ gəmiləri HÜCUMA HAZIRDIR

Yaxın 24 saatda ABŞ İrana hücum edə bilər – Xamenei bunkerə yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Yaxın 24 saat ərzində ABŞ-nin İrana zərbə endirmək riski yüksək olaraq qalır. Nəşrin məlumatına görə, vəziyyətin kritikliyini nəzərə alaraq İranın Ali Rəhbəri sığınacağa (bunkerə) yerləşdirilib.

Müharibə riskini artıran həyəcan siqnalları arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarə daşıyan zərbə qrupunun Yaxın Şərqdə cəmləşməsi və müdafiəni gücləndirmək məqsədilə Amerika qoşunlarının İsrailə köçürülməsi prosesinin başa çatması göstərilir.

Bu gərginlik fonunda İranın Milli Təhlükəsizlik Komissiyasının sədri sərt və təhdid dolu bəyanatla çıxış edib:

“Ümid edirəm ki, ABŞ əsgərləri artıq ailələri ilə vidalaşıblar”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
1
interpress.az

2Sources