EN

Berlinin mərkəzindəki çoxmənzillli binada atışmada beş nəfər yaralanıb

Berlinin Terqarten rayonunda (Almaniya - red.), "Intercontinental" hotelinin yaxınlığındakı çoxmənzilli binada baş verən atışmada azı beş nəfər yaralanıb.

"Far.Az"un məlumatına görə, bu barədə "Bild" qəzeti yazıb.

Qəzetin məlumatına görə, Vixmannştrasse küçəsindəki bir mənzildə beş yaralı aşkarlanıb. Onlardan ikisi həyati təhlükə yaradan xəsarətlər alıb. Polis əlavə məlumatın olmadığını bildirib. Hadisə yerində araşdırma aparılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində bir neçə şübhəlini saxlayıblar. Qəzetin məlumatına görə, atəş beşinci mərtəbədəki mənzildə açılıb. Orada dəqiq nəyin baş verdiyi hələ məlum deyil.

Yaralılardan biri özü yaxınlıqdakı xəstəxanaya gedib. Hadisə yerində təcili yardım işçiləri ağır yaralı qadına, bir kişiyə və digər iki zərərçəkənə tibbi yardım göstəriblər. Onların hamısı xəstəxanalara aparılıb.

Silahlı polis əməkdaşları hazırda xəstəxananın girişlərini qoruyurlar. Hadisə yerinin ətrafı mühasirəyə alınıb. Polis və yanğınsöndürənlər hələ də hadisə yerindədirlər.

Chosen
34
far.az

1Sources