Qış mövsümündə havaların soyuması ilə birlikdə qrip və soyuqdəymə hallarının sayı artır.Metbuat.az xəbər verir ki, mütəxəssislər immun sistemini gücləndirmək üçün düzgün qidalanmanın vacibliyini vurğulayır. Xüsusilə bəzi meyvələr vitamin və antioksidantlarla zəngin olduğu üçün orqanizmi viruslara qarşı daha davamlı edir. Portağal - C vitamini ilə zəngin olan portağal immun sistemini gücləndirir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.Naringi - Qış aylarında ən çox istehlak edilən meyvələrdən olan naringi həm vitamin mənbəyidir, həm də soyuqdəymə riskini azaldır. Alma - “Gündə bir alma, həkimdən uzaq” deyimi təsadüfi deyil. Alma antioksidantlarla zəngindir və orqanizmin müdafiə mexanizmini gücləndirir.Kivi - C vitamini baxımından portağaldan da zəngindir. Bu meyvə immuniteti gücləndirməklə yanaşı, bədəni yorğunluqdan qoruyur.Nar - viruslara qarşı təsirli olan güclü antioksidantlara malikdir. Qrip mövsümündə nar şirəsinin müntəzəm istifadəsi tövsiyə olunur.