Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Ferrari" şirkəti "12Cilindri" idman avtomobilinin unikal versiyasını təqdim edib.
Oxu.Az "Carscoops"a istinadən xəbər verir ki, avtomobil Koreya mədəni ənənələrindən ilhamlanıb.
Layihə mədəniyyət, moda və incəsənət üzrə ixtisaslaşmış "Cool Hunting" nəşri ilə əməkdaşlıqda və koreyalı kurator Çjen Linin iştirakı ilə hazırlanıb.
Avtomobil 6.5 litrlik V12 mühərriki ilə təchiz edilib. O, 830 at gücü hasil edir. Güc aqreqatı 8 pilləli DCT avtomat transmissiya ilə birləşdirilib.
Diqqət modelin eksklüziv dizaynına yönəlib. Kuzov xüsusi "Yoonseul" adlı rəngdə boyanıb. Ən maraqlı detal isə salondadır. Avtomobilin göstəricilər panelinin hazırlanmasında at tükündən istifadə olunub. Material Cənubi Koreya Ticarət Palatası tərəfindən sertifikatlaşdırılmış istehsalçılardan əldə edilib. İnteryerdə, həmçinin Cənubi Koreya şirkəti tərəfindən hazırlanmış innovativ 3D parça var ki, bu da "Ferrari" üçün yenilikdir.






Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.