EN

Latviya Ticarət və Sənaye Palatası Orta Dəhlizin inkişafında Azərbaycanla əməkdaşlıq potensialı görür (ÖZƏL)

Bakı. Trend:

Latviya Ticarət və Sənaye Palatası Orta Dəhlizlə bağlıinfrastruktur və xidmət layihələri çərçivəsində Azərbaycanlaəməkdaşlıq üçün açıq potensialın mövcud olduğunu hesab edir. Bu,xüsusilə logistika qovşaqları, multimodal nəqliyyat həlləri, eləcədə nəqliyyat və gömrük proseslərinin rəqəmsallaşdırılması kimiistiqamətləri əhatə edir.

Bu barədə Trend-ə müsahibəsində Latviya Ticarət və SənayePalatasının Aİ layihələri departamentinin direktoru Liqa Siçevabildirib.

O qeyd edib ki, iri həcmli birbaşa investisiyalara fokuslanmaqəvəzinə, Latviya şirkətlərinin əsas marağı səmərəliliyi, şəffaflığıvə nəqliyyat marşrutları arasında əlaqəliliyi artıran təcrübə,əməliyyat ekspertizası və xidmət həllərinin təqdimolunmasındadır.

“Eyni zamanda, bu cür əməkdaşlıq real tələbatı nəzərə aldıqda,eləcə də proqnozlaşdırıla bilən tənzimləyici çərçivələr vəsadələşdirilmiş prosedurlarla dəstəkləndikdə daha səmərəli olur.Azərbaycanın əsas tranzit ölkə kimi rolu ilə Latviyanın logistika,liman əməliyyatları və rəqəmsal həllər sahəsindəki təcrübəsinibirləşdirməklə Orta Dəhlizin rəqabət qabiliyyətini və dayanıqlığınıartıran praktiki layihələrin həyata keçirilməsi üçün böyükpotensial mövcuddur”, – deyə Siçeva bildirib.

Xatırladaq ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən vəregionun bir sıra ölkələrindən keçən nəqliyyat-ticarət marşrutudur.Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxışedir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonraXəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni keçərəkAvropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarını kənar qoyanquru marşrutudur və Çin də daxil olmaqla Asiyanın şərq bölgələriniAvropa ilə əlaqələndirir.

Chosen
137
az.trend.az

1Sources