Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Heftelik.az-ın Globalinfo.az-a istinadən verdiyi xəbərə görə, o, öz ərizəsi ilə işdən çıxıb.
Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.
O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.