EN

Tramvaylar geri qayıdır

“Tıxac böyük şəhərlərdə gözlənilən haldır. Onun həlli də kompleks tədbirlər planıdır. İlk olaraq Bakıda “rəqəmsal əkiz” adlanan bir alət formalaşdırılıb. Həmin alətə müxtəlif mənbələrdən məlumatlar ötürülür. Bu isə əsaslı qərarların verilməsi üçün zəmin yaradır. Axınlar müəyyən edilir. Onların növü və sayı dəqiqləşdirilir. Müvafiq təhlillər aparılır. Simulyasiya olunur. Burada bir neçə mərhələli işlər görülür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.

 

Onun sözlərinə görə, müəyyən edilib ki, Bakıda fərdi nəqliyyatla qısa məsafədə səfərlərin sayı çoxdur: “Digər dünya şəhərləri ilə müqayisədə gün ərzində fərqli istiqamətlərdən Bakıya 300-400 minə yaxın avtomobil gəlir ki, bu da küçə yol-şəbəkəsini yükləyir. Buna alternativ olaraq ictimai nəqliyyatın müxtəlif növləri məsafəyə görə fərqli həll variantları təşkil olunur. Bunların ilk nümunəsini biz görürük ki, ayrılmış mikromobillik zolaqları, avtobus zolağı və bunun yanında Dövlət Proqramında qeyd olunan amma icrası gecikən piyada infrastrukturudur. Orta və uzun vədəli həllər dedikdə, relsli nəqliyyat, metro, metro funksiyasını daşıyan şəhərətrafı elektrik qatarı, yüngül relsli tramvayın qaytarılması layihəsidir. Ümumiyyətlə, relsli növlər nə qədər çox inkişaf edərsə, insanlar üçün ciddi alternativ olacaq. Ciddi təhlillər aparılır. Düşünürəm ki, yaxın illər ərzində yekun qərar veriləcək. Real layihənin icrasına başlanılacaq. İlkin olaraq elan edilmiş istiqamətlər Azadlıq prospekti boyunca 28 Maydan Binəqədi, Mehdiabad və Pirşağı stansiyalarına, “Sea Breeze” yaşayış məntəqəsinə, sonradan şaxələndirilmə kimi planlar nəzərdə tutulur. Bu il aktiv tikinti ili olacaq, xüsusilə də metro sahəsində. Dəmir yolu sahəsində də proqram elan olunub və yaxın vaxtlarda aktiv bərpa işlərinə başlanacaq. Ciddi alternativlər formalaşdıqdan sonra nəqliyyat sıxlığına təsir etmək imkanı yaranacaq”.

 

Şəhanə Quliyeva


Chosen
26
1
azia.az

2Sources