Bizimyol saytına istinadən ain.az xəbər verir.
ABŞ-ın Cənubi Karolina Tibb Universitetinin tədqiqatçıları beyində limfa drenajının indiyədək məlum olmayan yeni yolunu müəyyən ediblər. Bu yol orta meningeal arteriya ilə əlaqəlidir.
Bizimyol.info xəbər verir ki, "iScience" jurnalının məlumatına görə, kəşf göstərir ki, beynin “tullantılardan” və artıq mayedən təmizlənməsi prosesi əvvəl düşünüldüyündən daha aktiv və daha mürəkkəb şəkildə baş verir.
Tədqiqat zamanı alimlər NASA-nın iştirakı ilə kosmik uçuşların insan orqanizminə təsirini öyrənmək üçün hazırlanmış unikal MRT texnologiyalarından istifadə ediblər. Bu metodun köməyi ilə sağlam könüllülərdə onurğa-beyin və hüceyrələrarası mayenin hərəkəti müşahidə olunub. Toxuma nümunələrinin analizi göstərib ki, orta meningeal arteriya qan damarlarına deyil, limfa damarlarına xas hüceyrələrlə örtülüb. Bu isə onun beynin təmizlənməsində mühüm rol oynadığını sübut edir.
Alimlərin fikrincə, beyində yeni “təmizlənmə mərkəzi”nin aşkar edilməsi Altsheymer xəstəliyinin, neyroiltihabların, kəllə-beyin travmalarının nəticələrinin və bəzi psixi pozuntuların öyrənilməsinə mühüm töhfə verəcək, həmçinin profilaktika və müalicə üçün yeni üsulların inkişafına yol açacaq.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.