EN

Möhtəşəm səsin səssizliyə büründüyü an: Qiraət ustadı son günlərini necə keçirib?

"Retro Baku" verilişinin yeni buraxılışı tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynova həsr olunub.

Əməkdar artist Gülşad Baxşıyeva qiraətçinin səhhətində yaranan problemlərdən danışarkən bildirib:

"Universitetdə koridorun başında bir də görürdüm ki, o gəlir. "Necəsən?" deyə soruşanda başı ilə cavab verirdi, artıq taqəti qalmamışdı. Çətinliklə yeriyir, danışırdı. Bəzən heç danışmırdı, hansısa işarə ilə anlatmağa çalışırdı. Halbuki o, heç vaxt işarə ilə danışan adam olmayıb. Yadıma gəlir, iki il bundan əvvəl özü həkimə getmək, əməliyyat olunmaq istədi. Həkim ona dedi ki, sən artıq əməliyyatlıq deyilsən, get, Allahın verdiyi ömrü yaşa".

Gülşad Baxşıyeva Nadir Hüseynovun dəfn mərasimində yaşanan ağır anları da xatırlayıb: "Tabutu gətirmişdilər, qaldıracaqdılar. Orada elə bir ağlaşma var idi ki, mən belə bir mənzərə görməmişdim".

Mərhum sənətçinin tələbəsi Fərid Bağırov isə müəlliminin itkisini dərin kədər hissi ilə ifadə edib: "Mən təkcə müəllimimi yox, mənəvi atamı itirdim. Onun son dəfə cənazəsini qucaqladım. Bu, insana çox təsir edir. Onun şəkillərinə, qiraətinə, ifasına baxıram və elə bilirəm ki, o, sağdır, bu gün mənə zəng edəcək. Mən hələ də onun zəngini gözləyirəm. İnanmaq istəmirəm ki, Nadir Hüseynov yoxdur və bir daha mənə zəng etməyəcək, dəyərli məsləhətlərini verməyəcək. Son görüşlərdə onunla elə görüşməməli idim, bunu özümə heç vaxt bağışlamıram".

Chosen
14
1
far.az

3Sources