Beynəlxalq iddiaçılar qrupu ABŞ-nin "Meta Platforms" şirkətini məhkəməyə verib.
Onlar "Meta"nı 2014-cü ildən şirkətə məxsus "WhatsApp" mesencerinin məxfilik və təhlükəsizlik məsələləri ilə bağlı istifadəçiləri aldatmaqda ittiham edirlər.
2016-cı ildə "WhatsApp"da ikitərəfli şifrələmə tətbiq edilib. Bu şifrələmə növü o deməkdir ki, mesajlar yalnız eyni söhbətdə olan tərəflər üçün əlçatandır və şirkətin özü bu mesajları oxuya bilmir.
Lakin San-Fransiskodakı dairə məhkəməsinə təqdim edilən şikayətdə iddiaçılar "Meta"nı bütün dünyada istifadəçiləri aldatmaqda günahlandırır və bildirirlər ki, "WhatsApp" və onun ana şirkəti istifadəçilərin guya "şəxsi" olan mesajlarının demək olar ki, hamısını saxlayır, təhlil edir və onlara çıxış əldə edə bilir.
İddiaçılar qrupuna Avstraliya, Braziliya, Hindistan, Meksika və CAR-dan olan şəxslər daxildir. Onlar "Meta"nın istifadəçilərin mesajlarının məzmununu saxladığını və şirkət əməkdaşlarının bu məlumatlara çıxışının olduğunu iddia edirlər. İddia ərizəsində qeyd olunur ki, bu məlumatların ictimailəşdirilməsinə "məlumat verən şəxslər" kömək edib, lakin onların kimliyi açıqlanmır.
Oxu.az