EN

Dişlərin sayı uzun ömürlülüyə təsir edir -ARAŞDIRMA

Yapon alimlərinin apardığı yeni genişmiqyaslı araşdırma göstərib ki, yaşlı insanlarda ağızda qalan dişlərin sayı birbaşa ömür uzunluğuna təsir edir.

Redaktor.az bu haqda xarici mediaya istinadla xəəbr verir.

Tədqiqat 2010–2017-ci illər ərzində aparılıb və 43 min 774 yaşlı yapon izlənilib. Alimlər ağızda qalan dişlərin sayı və protezlərdən istifadə ilə müxtəlif xəstəliklərdən ölüm riski arasındakı əlaqəni araşdırıblar. Məlumatlar iştirakçıların sorğuları və Yaponiya Səhiyyə Nazirliyinin rəsmi ölüm qeydləri əsasında toplanıb.

Araşdırmanın nəticələrinə görə, 7 il ərzində 5 min 707 nəfər vəfat edib ki, bu da iştirakçıların 13 faizini təşkil edir. Ağızda 0–9 dişi olan şəxslərdə ölüm riski 20 və daha çox dişi olanlarla müqayisədə 39 faiz daha yüksək olub. 10–19 dişi olanlarda bu risk 18 faiz artıb.

Mütəxəssislər bildiriblər ki, az sayda dişi olan insanlarda xərçəngdən ölüm riski 31 faiz, ürək-damar xəstəliklərindən 37 faiz, tənəffüs sistemi xəstəliklərindən 65 faiz, həzm sistemi xəstəliklərindən isə iki dəfə çox olub. Bundan əlavə, travmalar və digər xarici səbəblərdən ölüm riski də 62 faiz artıb.

Aytəkin TOFİQQIZI

Chosen
21
1
redaktor.az

2Sources