EN

Uşaq sayının azalmasının əsas səbəblərindən biri qeysəriyyə əməliyyatıdır – Sədr

Bakı. Trend:

Əvvəllər dünyada hər üç uşaqdan biri qeysəriyyə kəsiyi ilədoğulurdusa, artıq Azərbaycanda da bu tendensiya artmaqdadır.Qeysəriyyə doğuşları doğulan uşaq sayını məhdudlaşdırır. Belə ki,uşaqlıq üzərində yaranan çapıq toxuma, adətən, maksimum üçhamiləliyə imkan verir. Çapığın yetərsizliyi, patoloji ciftgəlişləri və ciftlərin bitişməsi həm uşaq sayının azalmasına, həmdə dolayı yolla ana ölümlərinə səbəb olur.

Bunu Trend-əmüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri TəranəRəcəbli bildirib.

Onun sözlərinə görə, müasir, qloballaşan dünyada bir çox inkişafetmiş ölkələrdə doğulan uşaq sayında azalma müşahidə olunur:

“Elə ölkələr var ki, burada əhali artımı kritik səviyyədə enibvə əhalinin yaşlanması prosesi gedir. Bu olduqca ciddi problemdir.Lakin səbəblər yalnız tibbi amillərlə məhdudlaşmır. Gec ailəqurmaq, cərrahi doğuşlara üstünlük verilməsi və sosial məsələlər dəbu prosesə təsir göstərir. Ailədə bir və ya iki uşağa üstünlükverilməsi də əsas səbəblər sırasındadır.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər yetirdikdəgörürük ki, cift patologiyalarının və hamiləlik patologiyalarınınsayı artmaqdadır. Bunun əsas səbəbi isə çapıq toxumanın yaratdığıfəsadlardır.
Qeysəriyyə kəsiyinin geniş yayılması demoqrafik göstəricilərəbirbaşa təsir edir. Qadınlar çoxsaylı hamiləlik keçirə bilmir, ciftbitişmələri və döl yumurtasının çapıq toxumaya bitişməsi uşaqlığınitirilməsi ilə nəticələnə bilər. Eyni zamanda, uşaqlığın cırılması(ruptura) kimi ağır fəsadlar da baş verə bilər. Bunlar qeysəriyyəəməliyyatlarının əsas təhlükələri hesab olunur”, - həkim qeydedib.

Chosen
54
2
az.trend.az

3Sources