EN

İndoneziyada torpaq sürüşməsi - 17 nəfər ölüb, 80-ə yaxın şəxs itkin düşüb

İndoneziyanın Qərbi Yava əyalətinin Bandunq bölgəsində kəndlərdən birində baş verən torpaq sürüşməsi nəticəsində azı 17 nəfər ölüb, təxminən 80 nəfər itkin düşüb.

Missiya.Az xəbər verir ki, bu barədə AFP ölkənin Milli Fəlakətlərin Azaldılması Agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, minlərlə xilasedicinin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları artıq üçüncü gündür davam edir. Torpaq sürüşməsi nəticəsində bir sıra yaşayış evləri dağıntılar altında qalıb, onlarla sakin təhlükəsizlik məqsədilə evlərini tərk etməyə məcbur olub.

Bildirilib ki, bölgədə davam edən güclü yağışlar torpağın qeyri-sabitliyini artırır və yeni torpaq sürüşməsi riskini yüksəldir. Bu səbəbdən xilasetmə işləri ehtiyat tədbirləri altında həyata keçirilir.

Seyranə QuliyevaMissiya.Az

Chosen
62
missiya.az

1Sources