EN

Deputatın təklifi, hüquqşünasın istəyi: Təhlükəli oyunlarla bağlı nə etməli?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Vüqar İskəndərov təhlükəli kompüter oyunlarının qadağan olunmasını təklif edib.

Deputat belə təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin keçirilən iclasında çıxış edib.

Vüqar İskəndərov deyib ki, vacib məsələlərdən biri gənclərin zərərli vərdişlərdən qorunması ilə bağlıdır:

“Xüsusilə son illərdə yeniyetmə və gənclər arasında sürətlə yayılan, texnologiyanın gətirdiyi yeni risklər mövcuddur. Bu risklərdən biri də təhlükəli kompüter oyunlarıdır. Bu gün həmin mövzu ilə bağlı televiziya efirində müzakirə aparılması da problemin aktuallığını göstərir. Bu məsələ zahirən sakit görünsə də, əslində olduqca təhlükəlidir. Çünki uşaqlar və gənclər hazırda daha çox virtual mühitdə formalaşırlar, saatlarla kompüter və mobil cihazlar qarşısında vaxt keçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağan edilmiş oyunlar var ki, bu gün Azərbaycanda hələ də açıq şəkildə əlçatandır. Bu oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur, xüsusi ünsiyyət platformaları mövcuddur və azyaşlılar böyüklərlə birbaşa əlaqəyə girə bilirlər. Zərərli vərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərlə məhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də bu çərçivədə nəzərə alınmalıdır. Bu baxımdan düşünürəm ki, komitəmiz gələcəkdə qanunvericilik təşəbbüslərində, sosial proqramların hazırlanmasında və ictimai tədbirlərdə bu məsələlərlə bağlı öz tövsiyə və təkliflərini verə bilər, aidiyyəti qurumlarla əməkdaşlıq edərək bu sahədə töhfə göstərə bilər”.

Ancaq maraqlıdır, bu oyunların qadağan olunması, daha dəqiq, qadağanın buna təsiri ola bilərmi?

Başqa nələr etmək olar?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, həqiqətən bəzi zərərli oyunlar var. Məsələn, “Mavi balina”.

“Bu oyunlar hətta intihar etməyə qədər əmr verirlər. Bununla mübarizə aparmaq, demək olar ki, mümkün deyil. Valideynlər daha çox duyarlı olmalıdır. Bu tip oyunlar qlobal oyunlardır, set şəklindədir. Bəzilərini tapmaq, qadağan etmək mümkün deyil. Ona görə də məktəblərdə, bağçalarda texnologiya mütəxəssizləri dəvət olunmalıdır, onlara məlumat verilməlidir. Bu dəqiqə məktəblərə, universitetlərə blogerləri, aktyorları, şairləri filan çağırırlar. Guya nəzərdə tutulur ki, uşaqların inkişafı üçün belə lazımdır. Ancaq daha yaxşı olar ki, texnoloji, elmi bilgiləri olan adamların çağırılması daha yaxşı olar”,- deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
3
icma.az

10Sources