EN

Yolu keçmək istədi: Canından oldu

Dünən gecə saatlarında Saatlıda ağır yol qəzası qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, saat 22 radələrində 1980-cı il təvəllüdlü Füzuli Mənsimov idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.

Nəticədə 1981-ci il təvəllüdlü Hikmət Qəhrəman oğlu İsgəndərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.

"Cebheinfo.az"

Chosen
13
1
cebheinfo.az

2Sources