EN

Yeni virus dünyanı qorxuya saldı - Sürətlə yayılır

COVID-19 pandemiyasından sonra dünya indi də yeni və son dərəcə təhlükəli Nipah virusu riski ilə qarşı-qarşıyadır. Hindistanda qeydə alınan yoluxma halları ciddi narahatlıq doğurur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Qərbi Benqal ştatında aşkarlanan virus səbəbilə 2 nəfər müalicə altına alınıb, yoluxma ehtimalı qiymətləndirilən 20 nəfər isə nəzarət altında saxlanılır.

Nipah virusu ölümcül xəstəliklər üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısında ön sıralarda yer alır.


Chosen
58
manset.az

1Sources