EN

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Milli Məclisin 2026-cı il yaz sessiyasının başlayacağı tarix məlum olub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir, payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Sentyabrın 30-u və fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

2026-cı il sentyabrın 30-u və fevralın 1-i müvafiq olaraq bazar və çərşənbə təsadüf edir.

Buna görə Milli Məclisin 2026-cı il yaz sessiyası fevralın 2-si — bazar ertəsi günü öz işinə başlayacaq.

Chosen
64
20
fed.az

10Sources