Bakı.Trend:
Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisininverilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan Trend-ə verilən məlumata görə, yanvarın 26-da AbşeronRayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6kV-luq "Pirəkəşkül" yarımstansiyasında təmir işi aparılacaq.
Bildirilir ki, bununla əlaqədar olaraq saat 11:00-dan saat15:00-dək Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngikəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətyaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.