EN

Qəbələdə maşın aşdı - Sürücü öldü

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə ötən gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Nissan Navara" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı 1 nəfər ölüb, avtomobildə olan 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
 

Chosen
69
6
7news.az

7Sources